Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yol-nəqliyyat hadisəsi

26.09.2014

Sentyabrın 27-də saat 15 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini Elşən Rüstəmov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Çimnaz Ələkbərovanı və onun qızı Arzu Tahirini vurmuş, idarəetməni itirdiyindən avtomobili DİN-in Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerasının yerləşdiyi dirəyə çırpmışdır. Ç.Ələkbərova hadisə yerində ölmüş, A.Tahiriyə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Dirək əyilmiş və müşahidə kamerası sıradan çıxmışdır.  

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.