İmişli rayonunun Çaxırlı kəndində yol-nəqliyyat hadisəsi
25.09.2014Sentyabrın 26-da saat 23 radələrində İmişli rayonunun Çaxırlı kəndində kənd sakini Fuad Abayev idarə etdiyi “VAZ-2105” markalı avtomobili yolun kənarında tikilmiş evin hasarına vurmuşdur. Sürücü və sərnişini Nicat Məmmədov xəstəxanaya yerləşdirilmiş, N.Məmmədov ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.