Avtomobillə avtoxuliqanlıq edən Bakı şəhər sakini Sənani Abdulrəhmanov saxlanılmışdır
25.09.2014Sentyabrın 26-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Sənani Abdulrəhmanov “Hyundai” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün həmin ərazidə xidmət aparan Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırmalar zamanı avtomobilin Aqil Yusifova məxsus olması və sentyabrın 26-na keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qaçırılması müəyyən edilmişdir.