Goranboy rayonunun Nərimanlı kəndində yol-nəqliyyat hadisəsi
25.09.2014Sentyabrın 26-da saat 01 radələrində Goranboy rayonunun Nərimanlı kəndində rayon sakini Elçin Kərimov idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən həmyerlisi Mansur Mansurovun idarə etdiyi “Belorus” markalı traktora vurmuşdur. M.Mansurovun sərnişinləri - arvadı Rəsmiyyə və qızı Aytəkin hadisə yerində ölmüşlər.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.