Yasamal rayonu Yeni Dairəvi yolda qəza hadisəsi
15.09.2014Sentyabrın 16-da saat 06 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Sumqayıt şəhər sakini Dilavər Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuşdur. Sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Ceyran Rüstəmova ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.