Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan Şükufə Babayevaya məxsus evdə qaz balonu partlamış və yanğın baş vermişdir
15.09.2014Sentyabrın 16-da saat 01 radələrində Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan Şükufə Babayevaya məxsus 1 otaqlı evdə məişətdə istifadə edilən qaz balonu partlamış və yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra Ş.Babayevanın yanmış meyiti tapılmışdır.