Xırdalan şəhərində Qubadlı rayon sakinlərinin məskunlaşdıqları binada baş vermiş partlayış nəticəsində üç nəfər ölmüş, 9 nəfər xəsarət almışdır
07.09.2014Sentyabrın 8-də saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşmış və 5-ci mərtəbəyədək tikilmişdir) binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə döşəmə uçmuş, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölmüş, Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları Yunis və Bəkir xəstəxanaya yerləşdirilmişlər.