Ağcabədi rayonundakı Ü.Hacıbəyli prospektində “KamAZ” və “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur
07.09.2014Sentyabrın 8-də saat 11 radələrində Ağcabədi rayonundakı Ü.Hacıbəyli prospektində Füzuli rayon sakini Cəsarət Fərəcovun idarə etdiyi “KamAZ” və Ağdam rayon sakini Cəlal Abbasovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuş, C.Abbasov hadisə yerində ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.