Bakı şəhər sakini E.Zaqarova məxsus avtomobili qaçırmış Ağcabədi rayon sakini O.Quliyev avtomaşınla birgə saxlanılmışdır
05.09.2014Sentyabrın 6-da Bakı şəhər sakini Elşən Zaqarov Nəsimi RPİ 19-cu PB-yə müraciət edərək cari ilin avqust ayının 22-də Moskva prospektindən “Mercedes” markalı avtomobilinin Ağcabədi rayon sakini Oktay Quliyev tərəfindən qaçırılmasını bildirmişdir.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Bakı BPİ DYPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Quliyev sentyabrın 6-da Nəsimi rayonunun ərazisində avtomaşınla birgə saxlanılmış və Nəsimi RPİ 19-cu PB-yə təhvil verilmişdir.