Goranboy rayonunun Sarovlu kəndində yol-nəqliyyat hadisəsi
05.09.2014Sentyabrın 6-da saat 23 radələrində Goranboy rayonunun Sarovlu kəndində rayon sakini Rövşən Bayramovun idarə etdiyi “Mercedes”, Gəncə şəhər sakini Sahib Şahverdiyevin idarə etdiyi “Mercedes” və Goranboy rayon sakini İsgəndər Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. İ.Əhmədov və 2 sərnişini, habelə R.Bayramov xəstəxanaya yerləşdirilmiş, İ.Əhmədov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.