Salyan şəhərində mağazadan oğurluğa cəhd göstərmiş rayon sakini R.Rüstəmov bıçaqla özünə xəsarət yetirmişdir
30.08.2014Avqustun 31-də Salyan şəhərində şəhər sakini Mübariz Abbasova məxsus mağazaya gəlmiş naməlum şəxs orada satıcı işləyən Səadət Qasımovaya çəkiclə xəsarət yetirib oradan ərzaq məhsulları aparmağa cəhd göstərmiş, müqavimətlə rastlaşdığından hadisə yerini tərk etmişdir.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin rayon sakini Rəfayel Rüstəmov olduğu və onun xalası Natalya Rüstəmovanın evində olması, ora baxış zamanı isə R.Rüstəmovun bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirməsi müəyyən edilmişdir.
Xəstəxanaya yerləşdirilmiş R.Rüstəmovun vəziyyəti orta-ağır olduğundan dindirilməsi mümkün olmamışdır.Salyan RPŞ tərəfindən araşdırma aparılır.