Ailə üzvlərini öldürməklə hədələmiş Xaçmaz rayon sakini C.Butayev saxlanılmış və ondan ov tüfəngi götürülmüşdür
30.08.2014Avqustun 31-də Xaçmaz rayonunun Yaqub-oba kənd sakini Bihi Butayeva RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün əri Cəbrayıl Butayevin ov tüfəngi ilə onu və oğlu Rövşəni öldürəcəyi ilə hədələməsini bildirmişdir.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan C.Butayev saxlanılmış və ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür.