Xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmış Quba rayon sakini Ə.Cəlilzadə saxlanılmış, ondan ov tüfəngi götürülmüşdür
29.08.2014Avqustun 30-da Quba rayonunun İsnov kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Əziz Cəlilzadə Bakı şəhər sakini Mehman Kərimovla mübahisə edib tüfəngdən havaya 1 dəfə atəş açaraq xuliqanlıq etmişdir.
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Cəlilzadə saxlanılmış, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür.