İsmayıllı rayon sakini S.Məhərrəmova məxsus yardımçı otaqda yanğın baş vermişdir
29.08.2014Avqustun 29-da saat 23 radələrində İsmayıllı rayonunun Soltankənd kənd sakini Sabir Məhərrəmova məxsus yardımçı otaqda yanğın baş vermişdir. Yardımçı otağın yanar konstruksiyaları və oradakı əşyalar, habelə S.Məhərrəmova məxsus “VAZ-21074” markalı avtomobil yanmış, xəsarət alan olmamışdır.