Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Yeni Şıxımlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

06.05.2007

Saat 00:30 radələrində Kürdəmir rayonunun Yeni Şıxımlı kəndinin ərazisində, Bakı şəhər sakini Gündüz Allahverdiyevin idarə etdiyi "Mersedes-190" markalı və "Ford" markalı avtomaşınlar toqquşmuşlar. «Ford» markalı avtomaşının sürücüsü hadisə yerindən qaçmışdır. Nəticədə xəsarət almış G.Allahverdiyev və sərnişinləri, Qaramahmudlu kənd sakinləri Pərvanə Allahverdiyeva və onun oğlu Nicat, Cəbrayıl rayon sakinləri Qafar Həmzəyev və onun arvadı Sevinc xəstəxanaya yerləşdirilmişlər. Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış «Ford» markalı avtomaşının sürücüsü, Kürdəmir rayon sakini Taleh Həsənov tutulmuşdur.