DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

06.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Culfa RPŞ əməkdaşları Sədərək rayon sakini Novruz Hüseynovdan 0,118 qram, Babək rayon sakini Aydın Tağıyevdən isə 10,855 qram heroin, Ağdaş RPŞ əməkdaşları isə Yuxarı Ləki kənd sakini Məzahir Əliyevdən 0,48 qram heroin götürmüşlər. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Xəyalə Abbasovadan 0,231 qram heroin götürülmüşdür. X.Abbasovanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mayın 4-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Xırdalan şəhər sakini Tərlan Mirzəyevin mobil telefonunu oğurlaması və onu Suad Qarayevə verib əvəzində həmin narkotik vasitəni alması müəyyən edilmişdir. S.Qarayev tutulmuşdur.