DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yevlax RPŞ əməkdaşları əməliyyat tədbirləri keçirmişlər

06.05.2007

Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 4-də narkotik vasitə ilə tutulmuş rayon sakini Çərkəz Səfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni həmyerlisi Vüqar Talıbovdan, onun isə narkotik vasitəni qardaşı Məhəmməddən alması müəyyən edilmişdir. V.Talıbovun evinə baxış zamanı 1,537 qram heroin, həyətyanı sahəsində isə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 56,76 qram olan 16 ədəd çətənə kolu aşkar edilərək götürülmüş, Vüqar və Məhəmməd isə tutulmuşlar.