Salyan rayonunun Şorsulu kəndində yol-nəqliyyat hadisəsi
22.08.2014Avqustun 23-də saat 19 radələrində Salyan rayonunun Şorsulu kəndində Masallı rayon sakini Qulamhüseyn Qasımovun idarə etdiyi “VAZ-2106” və Lənkəran rayon sakini Mübariz Rufullayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Q.Qasımovun sərnişini, arvadı Nənəcan hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.