Cəlilabad rayonu ərazisində rayon sakini S.Hətəmov idarə etdiyi avtomobili aşırmışdır
22.08.2014Avqustun 23-də saat 20 radələrində Cəlilabad rayonunun Xənəgah kəndində Lallar kənd sakini Sehran Hətəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırmışdır. S.Hətəmovun sərnişini, həmkəndlisi Cəfər Cəfərov hadisə yerində ölmüş, özünə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.