Paytaxtın Nəsimi rayonu ərazisində Biləsuvar rayon sakini F.Əzizovdan tiryək götürülmüşdür
21.08.2014Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonu ərazisində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Əzizovdan 350,01 qram tiryək götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əsgərovdan alması müəyyən edilmişdir. Davam etdirilən əməliyyat tədbirləri ilə C.Əsgərov tutulmuş, ondan 0,038 qram heroin, evinə baxış zamanı isə 593,39 qram tiryək, 140,92 qram həşiş qətranı, 130,23 qram heroin və 2 ədəd elektron tərəzi (narkotik vasitələrin çəkisini müəyyən etmək üçün) aşkar edilərək götürülmüşdür.