Bakı şəhər sakini R.Nağıoğluya məxsus avtomobildən qızıl əşyalar oğurlamış İ.Babayev tutulmuşdur
21.08.2014Avqustun 21-də Binəqədi rayonu M.Cəlal küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini Rasim Nağıoğluya məxsus “BMW” markalı avtomobildən qızıl əşyalar oğurlanmışdır.
Bİnəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Kəlbəcər rayon sakini İsmayıl Babayev tutulmuşdur.