Lənkəran rayon sakini Z.Əliyevanın ölümü ilə nəticələnən YNH-ni törətmiş sürücü S.Cəfərov tutulmuşdur
21.08.2014Avqustun 22-də saat 06 radələrində Lənkəran rayonunun Veravul kəndində müəyyən edilməmiş avtomobillə kənd sakini Zülfiyyə Əliyeva vurulmuş və o, hadisə yerində ölmüşdür.
Baş Cinayət-Axtarış İdarəsi və və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü - Lənkəran şəhər sakini Seyfəddin Cəfərov tutulmuşdur.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.