Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində rayon sakini F.Gəbəkbəyov tərəfindən idarə olunarkən aşmış avtomobilin bir gün öncə qaçırılmış avtomobil olması müəyyən edilmişdir

20.08.2014

Avqustun 20-də saat 20 radələrində Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Hacıəlibəy kənd sakini Famil Gəbəkbəyov idarə etdiyi “VAZ-2103” markalı avtomobili aşırmışdır. Sürücü və sərnişini - Yergüc kənd sakini Elnur Balağayev xəstəxanaya yerləşdirilmişlər.

Xaçmaz RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı avtomobilin Zabit Əliyevə məxsus, avqustun 20-də qaçırılmış “VAZ-2103” markalı avtomobil olması müəyyən edilmişdir.

Avtomobilin yük yerinə baxış zamanı avtomobilin özünə məxsus dövlət qeydiyyat nişanları aşkar edilərək götürülmüşdür.

20.08.2014 tarixinə olan kriminal məlumatlar