Şamaxı rayonunun Muğanlı qəsəbəsində “Opel” markalı avtomobil aşmışdır
20.08.2014Avqustun 21-də saat 22 radələrində Şamaxı rayonunun Muğanlı qəsəbəsində Bakı şəhər sakini Əmiraslan Babayev idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. Sürücü hadisə yerində ölmüş, sərnişinləri - Dədəgünəş kənd sakinləri Gültəkin Tağıyeva və Zanbaq Tağıyeva xəstəxanaya yerləşdirilmiş, Z.Tağıyeva orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.