M.İsmayılzadənin qətlə yetirilməsində şübhəli bilinən Gəncə şəhər sakini A.Quliyevin həyətyanı sahəsindən çətənə kolları aşkar edilərək götürülmüşdür
09.08.2014Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 20-də Maral İsmayılzadənin qətlə yetirilməsində şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Arzu Quliyevin həyətyanı sahəsinə baxış zamanı orada kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 633 kq 300 qr olan 108 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür.