Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
09.08.2014Avqustun 5-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Zahir Qarayevin idarə etdiyi “BMW” markalı və Bayram Quliyevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşmuş, F.Quliyev idarəetməni idirdiyindən yolu keçən paytaxt sakini İlham Xəlilovu vurmuşdur.
Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Xəlilov avqustun 10-da orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırmalar aparılır.