Üzərinə oğurlanmış dövlət qeydiyyat nişanları taxılmış avtomobil Z.Bünyadov prospektində hərəkətdə olarkən saxlanılmışdır
06.08.2014Bu il yanvarın 29-da Bakı şəhər sakini Eşqin Həsənova məxsus qaçırılmış "KamAZ” markalı avtomobilin Şəki şəhərinin ərazisində hissələrə bölünməsi müəyyən edilmiş, lakin avtomobilin dövlət qeydiyyat nişanları tapılmamışdır.
Avqustun 7-də qeyd edilən dövlət qeydiyyat nişanları üzərinə taxılmış “KamAZ” markalı avtomobil Nərimanov rayonu Z.Bünyadov prospektində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilmiş və görülmüş tədbirlər nəticəsində Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılmışdır.