Saatlı rayonu Novruzlu kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
06.08.2014Avqustun 7-də saat 15 radələrində Saatlı rayonu Novruzlu kəndinin ərazisində Sabirabad rayon sakini Allahyar Məlikov idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırmışdır. A.Məlikovun sərnişinlərindən həmyerliləri Heydər Məlikov, Ramin Məlikov hadisə yerində (suda boğularaq) ölmüş, özü və digər sərnişini Əhməd Əbilov xəstəxanaya yerləşdirilmişlər.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.