Qəbələ rayonu Nic qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
06.08.2014Avqustun 8-nə keçən gecə Qəbələ rayonu Nic qəsəbəsinin ərazisində Qax rayon sakini Emin Məhəmmədovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Rafiq Xodikinin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. R.Xodikin və sərnişini, 30-35 yaşlı kişi hadisə yerində ölmüş, habelə E.Məhəmmədova və sərnişini, həmyerlisi Mətanət Şabanovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.