Kürdəmir rayon sakini Kamil Məmmədovdan saxta əskinaslar götürülmüşdür
05.08.2014Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Ləzzət otağı” kafesində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əskinasları satarkən tutulmuşdur. Ondan əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əskinaslar da götürülmüşdür.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır.