Göygöl şəhər sakini Elbrus Bayramovu və oğlunu döymüş Anar Məmmədov tutulmuş, qardaşı İlqar isə müəyyən edilmişdir
05.08.2014Avqustun 1-də Göygöl şəhər sakini Elbrus Bayramov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün şəhərin ərazisində özünün və oğlu Elnurun naməlum şəxslər tərəfindən döyülməsini bildirmişdir.
Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Anar Məmmədov tutulmuş, qardaşı İlqar isə müəyyən edilmişdir.