Nəsimi rayonunun Cavadxan küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Ş.Aslanov vurulmuşdur
27.07.2014İyulun 28-i saat 01 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Şahsuvar Aslanov vurulmuşdur.
Nəticədə Ş.Aslanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi RPİ 19-cu PB tərəfindən ilkin əməliyyat-axtarış tədbirləri aparılır.