Narkotik vasitə ilə tutulmuş Cəlilabad rayon sakini Əfqan Xudiyevin oğurluq əməlləri də müəyyən edilmişdir
27.07.2014Kriminalistik Tətqiqatlar İdarəsi və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Əfqan Xudiyevdən 1,040 qr heroin götürülmüşdür.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 1-də Namiq Məmmədova məxsus evdən, mayın 14-də Elman Cəfərova məxsus ofisdən, mayın 4-də Nəsihət Əliyevə, iyunun 14-də Nadir Məmmədova, iyulun 8-də Ruslan Kərimova,iyulun 19-da Səbinə Sultanovaya məxsus mağazalardan habelə iyulun 24-də Elşən Eminova, iyulun 6-da Svetlana Cəfərovaya və iyulun 12-də Kəmalə Paşayevaya məxsus gözəllik salonlarından pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilmişdir.