İçərisində külli miqdarda pul olan seyfi aparmış Bakı şəhər sakinləri Elnur Məmmədov tutulmuş, Mirəhməd Əhmədov isə müəyyən edilmişdir
21.07.2014Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də “Gilan Aqro” MMC-yə məxsus ofisin mühafizəçisi İntiqam Axundovun əl-qolunu yapışqanlı lentlə bağlayıb içərisində 60000 manat və 4180 dollar olan dəmir seyfi aparmış Bakı şəhər sakinləri Elnur Məmmədov tutulmuş, Mirəhməd Əhmədov isə müəyyən edilmişdir.