Binəqədi rayonu Xocəsən qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
21.07.2014İyulun 22-də saat 22 radələrində Binəqədi rayonu Xocəsən qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elnur Mirzəyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Şirinovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.