Oğurluq etmiş Lənkəran şəhər sakini Cəlil Səmədov tutulmuşdur
19.07.2014İyulun 20-də Biləsuvar şəhərinin ərazisində yerləşən bazarda şəhər sakini Gülsurə Mayılovaya məxus içərisində 150 manatı olan pul kisəsi oğurlanmışdır.
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Cəlil Səmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Biləsuvar şəhər sakini Dilbər Alşovanın cibindən 70 manat oğurlaması da müəyyən edilmişdir.