Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
19.07.2014İyulun 20-də saat 06 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində Ağcabədi şəhər sakini Adil Xəlilovun idarə etdiyi “VAZ-21043” və Qazax rayon sakini Yusif Mustafayevin idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşmuşdur. A.Xəlilovun sərnişini, həmyerlisi Suliddin Əliyev hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.