İmişli rayonu Qaragüvəndikli kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
19.07.2014İyulun 20-də saat 20 radələrində İmişli rayonu Qaragüvəndikli kəndinin ərazisində rayon sakini Mahir Ənvərlinin idarə etdiyi “Changah” və Şamaxı rayon sakini Şıxməmməd Şıxməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. M.Ənvərlinin sərnişinlərindən həmyerlisi Mehriban hadisə yerində ölmüş, özü və digər sərnişini, Beyləqan rayon sakini Fərid Nəzərov, habelə Ş.Şıxməmmədov və sərnişinləri, arvadı Sevinc, qızı Aysun və oğlu Ayxan xəstəxanaya yerləşdirilmişlər.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.