Lənkəran rayonu Veravul kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
12.07.2014İyulun 13-də saat 23 radələrində Lənkəran rayonu Veravul kəndinin ərazisində kənd sakini Dadaş Hüseynovun idarə etdiyi “Belorus” markalı traktorla Girdəni kənd sakini Elmir Şabanovun idarə etdiyi “VAZ-21014” markalı avtomobil toqquşmuşdur. E.Şabanov hadisə yerində ölmüş, sərnişini - Girdəni kənd sakini Cavid Əkbərzadə xəstəxanaya yerləşdirilmişdir.