Şabran rayonu Ağbaş kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
12.07.2014İyulun 13-də saat 02 radələrində Şabran rayonu Ağbaş kəndinin ərazisində Füzuli rayon sakini Vəfali Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. V.Hüseynov hadisə yerində ölmüş, sərnişinləri - Bakı şəhər sakinləri Mahmud Qubadov, Cəsarət Allahverdiyev və Məhəmmədəli Müslümov xəstəxanaya yerləşdirilmişlər.
Şabran RPŞ tərəfindən araşdırma aparılır.