Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
11.07.2014İyulun 12-də saat 14 radələrində Suraxanı rayonu ərazisində Sumqayıt şəhər sakini Pərviz Heydərovun idarə etdiyi “İsuzu” və Bakı şəhər sakini Pünhan Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. P.Ağayev və sərnişinləri - Bakı şəhər sakinləri Şahnaz Əhmədova, onun qardaşı Elmar hadisə yerində ölmüş, anası Könül Əhmədova, habelə P.Heydərov xəstəxanaya yerləşdirilmişlər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.