Bakı şəhər sakini Fərid Həsənovu qətlə yetirmiş Biləcəri qəsəbə sakini Samur Həsənov tutulmuşdur
11.07.2014İyulun 12-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Fərid Həsənova və qardaşı Şəhriyara bıçaqla xəsarət yetirmişdir. F.Həsənov hadisə yerində ölmüş, Şəhriyar xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Samur Həsənov tutulmuşdur.