Göyçay şəhər sakini İ.Nəbiyevə məxsus həyətyanı sahədən çətənə kolları və marixuana aşkar edilərək götürülmüşdür
28.06.2014Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İsmayıl Nəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 64 kiloqram olan 290 ədəd çətənə kolu və 5 kiloqram 675,51 qram marixuana aşkar edilərək götürülmüşdür.