Avtomobil qaçırmış Oğuz rayon sakini Eldəniz Məmmədov tutulmuşdur
28.06.2014Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eşqin Həsənova və Elnur Mürsəlova məxsus “KamAZ” markalı avtomobilləri qaçırmış Oğuz rayon sakini Eldəniz Məmmədov tutulmuşdur.
E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, E.Həsənova məxsus “KamAZ” markalı avtomobili Şəki rayon sakini Emin Əliyevə 5500 manata satması, E.Əliyevin isə avtomobili hissələrə bölməsi müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə E.Əliyev tutulmuşdur.