Masallı rayon sakini H.Mustafayevə məxsus 5 baş inək oğurlamış Böyük Xocavar kənd sakini E.Təhməzov tutulmuşdur
25.06.2014İyunun 24-də Masallı rayonu Tatyanoba kənd sakini Hacıbaba Mustafayevə məxsus 5 baş inək kəndin otlaq sahəsindən oğurlanmışdır.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Böyük Xocavar kənd sakini Elnur Təhməzov tutulmuşdur.