Bakı şəhər sakini R.Mirzəyevi hədələyib pul verməsini tələb edən şəxsin Kürdəmir rayon sakini R.Hidayətov olması müəyyən edilmişdir
25.06.2014İyunun 26-da Binəqədi rayonu S.S.Axundov küçəsində naməlum şəxs Bakı şəhər sakini Ramin Mirzəyevi hədələyib pul verməsini tələb etmişdir. Ramin səs-küy saldığından həmin şəxs xidmətdə olan Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Araşdırmalar zamanı onun Kürdəmir rayon sakini Ricay Hidayətov olması müəyyən edilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.