Quldurluğa görə tutulmuş Bakı şəhər sakini Ə.Həsənlinin bir qrup şəxslərlə əlbir olub başqa cinayət əməlləri törətməsi də müəyyən edilmişdir
24.06.2014Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Aynurə Bayramovanın 225 manatını və qızıl əşyalarını quldurluq yoli ilə almış Bakı şəhər sakini Əli Həsənli tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Zaur Hüseynov, Şamxal Məmmədov, Mirəli Gəraylı, Sadiq Abbasov, Əli Cabbarov və Ceyhun Rəsulovla birgə iyunun 23-də Suraxanı rayonu ərazisindəki “Lukoil” YDM-də, oranın işçiləri Elvin Kərimovu və Röyal İsmayılovu tapançaya oxşar əşya ilə hədələyərək küt alətlə xəsarət yetirib oradakı seyfdən 5000 manat, habelə təhlükəsizlik kamerasının manitorunu aparması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Hüseynov, Ş.Məmmədov, M.Gəraylı, S.Abbasov, Ə.Cabbarov və C.Rəsulov tutulmuşlar.