Sumqayıt şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
24.06.2014İyunun 25-də saat 17 radələrində Sumqayıt şəhərinin ərazisində Abşeron rayon sakini İmran Novruzov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən şəhər sakini Qasım Mustafayevi vurmuş və idaretməni itirdiyindən Bakı şəhər sakini Rüstəm Rüstəmovun idarə etdiyi “Hunday” markalı avtomobillə toqquşmuşdur. Xəstəxanaya yerləşdirilmiş Q.Mustafayev orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.