Quldurluq etmiş Bakı şəhər sakinləri Tahir Əlizadə və Tural Əliyev tutulmuşdur
22.06.2014İyunun 23-də Nərimanov rayonu Təbriz küçəsində yerləşən parkda şəxsiyyəti məlum olmayan 4 nəfər Bərdə rayon sakini İlkin Cavadova və Biləsuvar rayon sakini Əli Tomarlıya zor tətbiq edərək pul və qol saatlarını almağa cəhd göstərmişdir.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan - Bakı şəhər sakinləri Tahir Əlizadə və Tural Əliyev tutulmuş, digərlərinin tutulması üçün tədbirlər davam etdirilir.