Paytaxtda əsən küləyin qırdığı ağaclar vətəndaşlara müxtəlif ziyanlar vurmuşdur
22.06.2014İyunun 23-də Nərimanov rayonu Ə.Rəcəbli küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya məxsus “KİA” markalı avtomobilin üzərinə düşmüşdür. Xəsarət alan olmamış, avtomobilə qismən ziyan dəymişdir.
İyunun 23-də Nərimanov rayonu M.Məmmədzadə küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakinləri Yusif Şabanova məxsus “Hyundai” və Aydın Məmmədova məxsus “Mercedes” markalı avtomobillərin üzərinə düşmüşdür. Xəsarət alan olmamış, avtomobillərə qismən ziyan dəymişdir.
İyunun 23-də Səbail rayonu A.Puşkin küçəsində küləyin qırdığı ağac “Volkswagen” markalı avtomobilin üzərinə düşmüşdür. Xəsarət alan olmamış, avtomobilə qismən ziyan dəymişdir.İyunun 23-də küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində yaşayan Nazirə Vəliyevanın evinin damına düşmüşdür. Xəsarət alan olmamış, evin dam örtüyü yararsız hala düşmüşdür.
İyunun 23-də Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Abbas Kərimova məxsus “Nissan” markalı avtomobilin üzərinə düşmüşdür. Xəsarət alan olmamış, avtomobilə qismən ziyan dəymişdir.